“Atletiko” – “Çelsi” matçı Polşada keçirilə bilər

32

UEFA Çempionlar Liqasının 1/8 mərhələsi çərçivəsində baş tutacaq “Atletiko” – “Çelsi” matçı Polşada keçirilə bilər.

mobilmedia.az xəbər verir ki, bu barədə Tankredi Palmeri adlı jurnalist özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, fevralın 23-də Madriddə keçirilməsi nəzərdə tutulan oyun koronavirus pandemiyasına görə İspaniya və Böyük Britaniya arasındakı səyahət məhdudiyyətləri səbəbindən Varşavada təşkil olunacaq.

Qeyd edək ki, cütlük arasında cavab görüşü martın 17-də oynanılacaq.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin