
Bu həftə Azərbaycana daha 500 000 doz peyvənd gətiriləcək.
mobilmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bildirib ki, daha sonra alınmış peyvəndlər mərhələlərlə qəbul olunacaq.
Qeyd edək ki, ölkədə vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Birinci mərhələdə tibb işçiləri vaksinasiya olunur. Daha sonra 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət vaksinasiyaya cəlb edilir.




