Sərnişin avtobusu betonqarışdıran maşınla toqquşdu

30

Bu gün səhər saatlarında Binəqədi şossesində yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.

Hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Əməkdaşlar hadisə yerinə yollanıb. “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin