
Apple kompaniyası yenidən dünyanın ən bahalı brendi adına layiq görülüb.
mobilmedia.az-ın fins.az-a istinadən məlumatına görə, konsaltinq şirkəti Brand Finance tərəfindən hər il hazırlanan Brand Finance Global 500 reytinqinə görə, Amerika şirkətinin kapitalizasiyası 263,4 milyard dollar dəyərləndirilir.
Bildirək ki, 2020-ci il reytinqində isə Apple kompaniyası bazar kapitalizasiyası 141 milyard dollar olduğuna görə üçüncü yerdə qərarlaşmışdı.
Brand Finance reytinqinə görə, 4-cü pillədə Microsoft (140,4 milyard dollar), 5-ci Koreya şirkəti Samsung (102,6 milyard dollar), 6-cı Amerika Walmart-ı (93,2 milyard dollar), 7-ci Amerika şirkəti Facebook (81,5 milyard dollar), 8-ci Çin şirkəti ICBC – 72,8 milyard dollar, 9-cu Amerika şirkəti Verizon 68,9 milyard dollar və TOP 10-luğu Çin şirkəti WeChat (67,9 milyard dollar) bağlayıb. TOP 500-ə düşən şirkətlərin ümumi dəyəri 4 trilyon dollar təşkil edib. Türkiyə şirkətlərindən isə bu il reytinqə düşən olmayıb. TOP 500-ə düşən şirkətin 204-ü Amerika, 75-i Çin, 34-ü Yaponiya, 33- Fransa, 22- Almaniya, 19-u isə Britaniya şirkəti olub.
TOP 20-yə düşən şirkətlər və onların gəlirlərinin milyard dollar ilə ifadəsi
| 2021 Brendlərin reytinqi | Ölkə | İstiqamət | 2021 brendlərin dəyəri milyard dollar ilə | ||
| 1 | Apple | ABŞ | Теxnologiya | 263.375 | |
| 2 | Amazon |
|
Pərakəndə satış | 254.188 | |
| 3 |
|
Texnologiya | 191.215 | ||
| 4 | Microsoft |
|
Техnologiya | 140.435 | |
| 5 | Samsung Group | Cənubi Koreya | Тexnologiya | 102.623 | |
| 6 | Walmart |
|
Рərakəndə satış | 93.185 | |
| 7 |
BŞ |
Texnologiya | 81.476 | ||
| 8 | ICBC | Çin | Bank sektoru | 72.788 | |
| 9 | Verizon |
|
Теlekommunikasiya | 68.889 | |
| 10 | Çin | Texnologiya | 67.902 | ||
| 11 | China Construction Bank | Çin | Bank sektoru | 59.649 | |
| 12 | Toyota | Yaponiya | Avtomobil sektoru | 59.479 | |
| 13 | Mercedes-Benz | Almaniya | Аvtomobil sektoru | 58.225 | |
| 14 | Tencent | Çin | Texnologiya | 56.432 | |
| 15 | Huawei | Çin | Техnologiya | 55.396 | |
| 16 | State Grid | Çin | Ümumi xidmətlər | 55.203 | |
| 17 | Ping An | Çin | Sığorta | 54.579 | |
| 18 | Taobao | Çin | Pərakəndə satış | 53.335 | |
| 19 | Agricultural Bank Of China | Çin | Bank sektoru | 53.134 | |
| 20 | Home Depot |
|
Pərakəndə satış | 52.917 |




