Qusarda motosiklet dərəyə aşıb: ölən var

30

Qusar rayonunda yol qəzası baş verib.

mobilmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 17-i saat 19 radələrində rayonun Piral kəndi ərazisində kənd sakini R.Sarıxanov idarə etdiyi “Dnepr” markalı motosikleti dərəyə aşırıb və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin