Səhiyyə naziri Oktay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub

30

Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub. 

mobilmedia.az xəbər verir ki, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlərdən olub.

Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.

Qeyd edək ki, bu gündən Azərbaycanda Çin istehsalı olan “CoronaVAC” vaksini ilə peyvəndlənmə həyata keçirilir.

***

11:09

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda koronavirus (COVID-19) əleyhinə peyvəndləmə başlanır.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, peyvəndlənmə prosesində ilk olaraq Səhiyyə naziri Oqtay Şirəliyev iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Çin istehsalı olan “Sinovac” peyvəndindən istifadə edəcək. Peyvənd vurdurmaq könüllüdür.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin