İsrail pandemiyadan çıxan ilk ölkə olacaq

31

İsrailin Baş naziri Benyamin Netanyahu martın sonuna qədər 16 yaşdan yuxarı vətəndaşların hamısına koronavirusa qarşı peyvənd vurulacağını açıqlayıb.

mobilmedia.az xəbər verir ki, “Pfizer” və “BioNTech” şirkətlərinin COVID-19-a qarşı peyvəndinin yeni partiyası bazar günü İsrailə gətiriləcək. “Pfizer”lə imzalanan anlaşma 16 yaşdan yuxarı bütün İsrail vətəndaşlarının “Həyata qayıdış” adlı kampaniya çərçivəsində martın sonuna qədər vaksinasiyasını təmin edəcək”, – deyə B.Netanyahu bildirib.

B.Netanyahu həmçinin vaksinasiya sayəsində 9.3 milyon əhalisi olan İsrailin COVID-19 pandemiyasından çıxan ilk ölkə olacağını qeyd edib.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin