UEFA-dan təkzib: “ÜST bizə tövsiyə verməyib”

35

“Placar” jurnalı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası səbəbindən UEFA-ya 2021-ci ilin sonuna kimi beynəlxalq futbol turnirlərinin ləğvini tövsiyə etdiyinə dair xəbər yaymışdı.

Fanat.Az xəbər verir ki, UEFA məlumatı təkzib edib. Qurumun sözçüsü “Independent”ə açıqlamasında qeyd edib:

“Bu, doğru deyil. ÜST 2021-ci ilin sonuna kimi futbol turnirlərini keçirməməklə bağlı bizə tövsiyə verməyib”.

Qeyd edək ki, ÜST-ün UEFA-nın qərarlarına və beynəlxalq futbol təqviminə təsir etmək hüququ yoxdur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin