
Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko “Çelsi”ni çalışdıra bilər.
mobilmedia.az fanat.az-a istinadən xəbər verir ki, London təmsilçisi baş məşqçisi Frenk Lempardla yolları ayırsa, klub rəhbəri Roman Abramoviçin yüksək dəyər verdiyi Şevçenko komandanın “sükanı arxası”na gətiriləcək.
Andrey Şevçenko futbolçu olduğu vaxt – 2006 – 2008-ci illərdə “Çelsi”də çıxış edib.
Qeyd edək ki, “zadəganlar” Lempardın rəhbərliyi ilə son 6 matçda 1 qələbə qazana bilib. Britaniya mətbuatında Lempardın istefaya göndəriləcəyi haqda xəbərlər yayılıb.




