Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi gücləndirilir

30

Qarabağda atəşin dayandırılmasına nəzarəti və monitorinqi həyata keçirən Rusiya sülhməramlılarının müşahidə postları istehkam blokpostları ilə təchiz edilir.

mobilmedia.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, blokpostlar atıcı silahlardan və qəlpələrdən müdafiə, həmçinin ərazinin dairəvi müşahidəsinin aparılması üçün nəzərdə tutulub. (report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin