Fatih Terimin cəzası açıqlanıb

31

Türkiyə Super Liqasının XII turunda “Fatih Karagümrük”lə oyunda qırmızı vərəqə alan “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin cəzası müəyyənləşib.

mobilmedia.az apasport.az-a istinadən məlumatına görə, görüşün 69-cu dəqiqəsində texniki zonadan qovulan təcrübəli mütəxəssis 5 matçlıq diskvalifikasiya olunub.

Nizam-İntizam Komitəsi müxtəlif maddələri birləşdirərək, Terimin qarşıdakı 4 matçda texniki zonada yer almamasını qərara alıb. Çünki “cim-bom” artıq bir görüşü (“Göztəpə” – 3:1) onsuz keçirib. Həmçinin “sarı-qırmızılılar” çalışdırıcıya görə 45 min 500 lirə məbləğində cərimələnib.

“Qalatasaray” rəhbərliyi qərara dərhal etirazını bildirib. Terim ya onlayn, ya da üz-üzə görüşlə özünü müdafiə etmək istəyir.

Qeyd edək ki, Fatih Terim “Trabzonspor”, “Antalyaspor”, “Konyaspor” və “Gənclərbirliyi” ilə qarşılaşmalarda “Qalatasaray”a kömək edə bilməyəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin