
Dünyanın ən nüfuzlu media orqanlarından biri olan “Al Jazeera” Azərbaycanın Ermənistan üzərində qələbəsini analitiklərin nöqteyi-nəzərindən qiymətləndirən bir xəbər yayımlayıb.
mobilmedia.az xəbər verir ki, məqalədə Türkiyə istehsalı olan PUA-ların da Azərbaycanın 44 gün davam edən mübarizəsinə böyük töhfə verdiyi vurğulanıb.
Qeyd olunub ki, Ermənistan köhnə texnoloji silahlara və keçmişdən qalma strategiyaya güvənirsə, Azərbaycan Yaxın Şərqdəki müharibədə sınaqdan keçirilmiş bahalı silahlara, yeni taktikalara üstünlük verir.
Rus politoloq Aleksey Malaşenko portalda Azərbaycanın qələbəsini şərh edərək “Bu, texnoloji qələbə idi. Ermənistan Bakının ən ölümcül döyüş texnologiyasına, pilotsuz uçan aparatlarına (PUA) qarşı gücsüz idi”,- deyə bildirib.
.jpg)
Almaniyanın Bremen Universitetindən olan tədqiqatçı Nikolay Mitrokhin Azərbaycanın pilotsuz hava vasitələrindən istifadə edərək Ermənistanın texniki və taktiki mənfi cəhətlərini nümayiş etdirdiyini söyləyib. O, PUA-larla çəkilən videolar ilə Ermənistan ordusunun dayaz səngərlərini və topçularını asanlıqla görə bildiyini vurğulayıb.
ABŞ-ın “Jamestown Foundation” müdafiə analitiki Pavel Luzin Azərbaycanın hərbi gücünü qiymətləndirərək “Azərbaycan münaqişə və kamikadze dronları, tanklar, raket sistemləri, toplar, səngərlər və qoşunları ilə təkcə kəskin atəş edərək hərbi üstünlük əldə etmədi, həm də erməniləri ruhdan saldı”,- deyə vurğulayıb.(qafqazinfo)




