Saçları ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü

27

Amerikalı Simon Uilyams “Ginnesin Rekordlar Kitabı”na düşüb.

mobilmedia.az xəbər verir ki, ABŞ-ın Bruklin bölgəsində yaşayan Simon afro saçlarının həciminin böyüklüyünə görə dünya rekordu qırıb. Bununla da “Ginnesin Rekordlar Kitabı”na daxil olub.

Onun saçlarının uzunluğu təxminən 20.5, həciminin ölçüsü isə 147 santimetrdir. 9 il ərzində saçlarını kəsdirməyən Uilyams onları qurutmaq üçün 6 saat vaxt sərf etdiyini bildirib.

Qeyd edək ki, rekordun Simondan əvvəlki sahibi Eyvin Duqas olub. Onun saçlarının həciminin ölçüsü 132 santimetr olub. (axşam)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin