Hacıqabulda yol qəzası: sürücü öldü

29

Hacıqabul rayonunda yol-nəqliyat hadisəsi baş verib.

mobilmedia.az xəbər verir ki, Nəvahi qəsəbəsi ərazisində Saatlı rayon sakini Ağabala Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobili beton yol ayırıcısına vurub.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin