Gürcüstanda 82 yaşlı kişi arvadını qətlə yetirib

28

Gürcüstanın Tetritskaro rayonunda 82 yaşlı kişi 87 yaşlı həyat yoldaşını boğazından bıçaqlayıb.

mobilmedia.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 1933-cü il təvəllüdlü qadın N.A aldığı xəsarətdən hadisə yerində ölüb.

Qətli törətməkdə şübhəli bilinən şəxs 1938-ci il təvəllüdlü A.O-nun isə saxlanıldığı bildirilib.

Onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İttihamlar təsdiqini taparsa, cinayəti törətmədə şübhəli bilinən ahıl kişi 13 ildən 17 ilədək həbs edilə bilər.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin