Korotçenko: “Hadrutda təxribat törədən ermənilərə terrorçular kimi baxılmalıdır”

29

“Hadrutda təxribat törədən qeyri-qanuni erməni silahlı birləşmələrinə beynəlxalq terrorçular kimi baxılmalıdır.

mobilmedia.az-ın məlumatına görə, bunu Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Teleqram səhifəsində yazıb.

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq ictimaiyyət, eləcə də Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bunu  Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bayan edib.

Meşələrdə gizlənib Hadrut rayonunda təxribat törədən qeyri-qanuni erməni silahlı birləşmələrinə bütün nəticələri ilə birlikdə beynəlxalq terrorçular kimi baxılmalıdır” deyə Korotçenko vurğulayıb. (Apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin