Hollandiya iki rus diplomatını ölkədən qovur

38

Hollandiya (Niderland) iki rus diplomatından ölkəni tərk etmələrini tələb edib.

mobilmedia.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik və Kəşfiyyat Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Rusiya səfirliyində vəzifə tutan kəşfiyyat əməkdaşı ilə diplomatik rütbə daşıyan bir diplomat “texnologiya və elm” sahələrində casusluq ediblər: “Onlar ölkəmizin bu sahələr üzrə gizli məlumalarına sahiblənmək üçün cavabdeh şəxslərlə təmasa keçiblər. Və onların bəzilərini pul qarşılığında əməkdaşlığa cəlb ediblər”.

Məlumatda qeyd  olunub ki, baş verənlərlə bağlı dəlillər ölkə rəhbərliyinə təqdim olunub: “Nəticədə ən qısa zamanda hər iki rus diplomatından ölkəni tərk etmələri tələb olunub”.(strateq.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin