Şəkidə 23 yaşlı qadın intihar edib

27

Şəki rayonunda 23 yaşlı qadın özünü öldürüb.

mobilmedia.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Bolludərə kəndində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Sevinc Etibar qızı Hüseynovanın meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsində asılmış vəziyyətdə aşkar edilib.

Qeyd edək ki, S.Hüseynova Oğuz rayonunda doğulub və Şəki rayonunun Bolludərə kəndinə gəlin köçüb.

Faktla bağlı araşdırma aparılır.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin