
İsrailin koronavirusa qarşı hökumət komissiyası ölkədə dekabrın 2-dən yanvarın 2-dək komendant saatının tətbiq edilməsinin lehinə səs veriblər.
mobilmedia.az-ın məlumatına görə, komendant saatının başlama və bitmə vaxtları, həmçinin komendant saatı dövründə israillilərin evlərindən çıxmasına icazə veriləcək məsafə 8 dekabr tarixində İsrail hökuməti tərəfindən müzakirə ediləcək və təsdiqlənəcək.
Məlumata əsasən, daha sonra yeni məhdudiyyət Knessetin (ölkə parlamenti) müzakirəsinə çıxarılacaq.(trend)




