Neftçalada 47 yaşlı kişi bıçaqlanıb

32

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə Bankə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Piriyev Rövşən Əlisahib oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin