
İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
mobilmedia.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Şahverdili kəndində qeydə alınıb.
Rayonun Şahverdilər kəndində “QAZ-24” markalı avtomobillə yük maşınının toqquşması nəticəsində yaralananların şəxsiyyəti müəyyənləşib.
Bunlar İmişli rayon sakinləri – 1986-cı il təvəllüdlü Əliyeva Aytel Ağayar qızı, 1988-ci il təvəllüdlü Əliyev Müslüm Səftər oğlu, 1978-ci il təvəllüdlü Gülmalıyeva Zeynəb Məhyəddin qızı, 2003-cü il təvəllüdlü Gülmalıyev Fərhad Abdulla oğlu, 1987-ci il təvəllüdlü Əliyev Pərviz Səftər oğlu, 1994-cü il təvəllüdlü Əliyeva Aygül Hilqət qızı, 2016-cı il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu və 2017-ci il təvəllüdlü Əliyev Hüseyn Müslüm oğludur.
Faktla bağlı araşdırma aparılır.




