“İnterpol”un axtardığı Azərbaycan vətəndaşı saxlanılıb

29

“İnterpol” tərəfindən “qırmızı bülleten”lə axtarılan bir Azərbaycan vətəndaşı İstanbulda saxlanılıb.

mobilmedia.az xəbər verir ki, İstanbul polisinin Asayiş Şöbə Müdirliyi tərəfindən aparılan əməliyyat zamanı dələduzluqda ittiham olunan 33 yaşlı Sadiq M. toxuculuq müəssisəsində tapılıb.

3.5 il əvvəl Azərbaycandan Türkiyəyə gedən və orada qeyri-qanuni işləyən Sadiq. M.-nin Azərbaycanda da qəsdən adam öldürmə cinayəti ilə axtarışda olduğu müəyyənləşib.

Polisdəki prosedurları tamamlanan şəxs  Azərbaycana qayıtma prosesi çərçivəsində ədliyyəyə sövq edilib.(qafqazinfo)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin