​​​​​​​Salyanda 49 yaşlı sürücü bıçaqlanıb

26

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

mobilmedia.az xəbər verir ki, Salyan-Şirvan avtomobil yolunun Qaraçala qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, taksi sürücüsü işləyən rayon sakini, 1971-ci il təvəllüdlü Gülüşov Cəbrayıl Mirzağa oğlu tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin