Bayden: “Trampın bu fərmanlarını ləğv edəcəyəm”

33

ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanan Co Bayden ölkə başçısı kimi ilk 100 gününü miqrasiya islahatı və koronavirusla mübarizəyə həsr edəcəyini söyləyib.

mobilmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Bayden ABŞ mediasına danışıb.

“Senata qeydiyyatsız məskunlaşmış 11 milyon insan üçün vətəndaşlıq qapısını açacaq bir qanun layihəsi təqdim edəcəyəm”, – deyə o bildirib.

Demokrat lider həmçinin ABŞ-ın hazırkı Prezidenti Donald Trampın iqlimə və insan sağlamlığına ziyan vuran bəzi fərmanlarını ləğv etmək niyyətində olduğunu da vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin