1346 tibb işçisinə əlavə ödəniş edildi – Koronavirusa görə

29

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına oktyabr ayı ərzində müddətli əlavələr ödənilib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qurumun tabeliyində olan tibb müəssisələri üzrə 1346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilib.

Nazirlikdən bildirilib ki, qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin