
Teylor Svift “Artist of the Year American Music Awards 2020” nominasiyasında qalib olub.
mobilmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Otuz yaşlı T.Svift 10 dəfə “Qremmi” və 30 dəfə “American Music Awards” mükafatı qazanıb. 2019-cu ildə “Forbes” jurnalı onu ilin ən yüksək ödənişli artisti adlandırıb: müğənninin gəliri 185 milyon ABŞ dolları olaraq qiymətləndirilib.
Keçən il “Time” jurnalı onu dünyanın ən nüfuzlu 100 adamından biri seçib.(report)




