Azərbaycanda yeni şirkət yaradıldı

31

Azərbaycanda yeməklərin çatdırılması ilə məşğul olan yeni bir şirkət yaradılıb.

mobilmedia.az xəbər verir ki, şirkət İKT imkanlarından yararlanaraq İOS və Android mobil tətbiqlərindən istifadə edərək onlayn platforma üzərindən satışları həyata keçirir.

MOSC çatdırılma şirkəti ionlayn şəkildə yemək, şirniyyat , gül, kosmetik vasitələr və.s sifariş vermək istəyən internet istifadəçilərinə xidmət edən bir şirkətdir.

Şirkət fəaliyyətini 2020-ci ildən etibarən başlayıb.

Pandemiya dövründə təkrar restoranların yerində xidməti dayandırması səbəbindən çatdırılma şirkətlərinin fəaliyyətində aktivlik müşahidə olunur.

Bu barədə MOSC İnternational çatdırılma şirkətinin marketinq meneceri Alxan Xələfov məlumat verib.

 

Şirkət rəsmisinin verdiyi məlumata görə, artıq bu xidmətlə satışlarda çox böyük irəliləyişlər də olub.

Alxan Xələfov vurğulayıb ki, pandemiyanı nəzərə alaraq müştəriləri bu virusdan qorumaq məqsədilə çatdırmalar zamanı bütün çalışanlar qoruyucu maskalar və dezinfeksiya məhsullarından istifadə edərək xidmətini həyata keçirir. MOSC bazarda yeni bir şirkət olsa da, artıq rəqabət mühitində bəzi naliyyətlər əldə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin