Bakıda növbəti dezinfeksiya işləri aparılacaq

30

Son günlərdə koronavirusa yoluxanların sayında artımın olması nəzərə alınaraq, noyabr ayının 14 və 15-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

mobilmedia.az xəbər verir ki, bununla bağlı p​​​​aytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin