
Türkiyəli müğənni Sinan Akçıl İstanbulun Nişantaşı səmtində obyektivlərə tuş gəlib.
Millitirbuna.az axsam.az-a istinadən xəbər verir ki, sənətçi jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, tezliklə Ermənistan işğalından azad edilən Şuşa şəhərinə gedəcək:
“Yaxın günlərdə Şuşaya gedəcəm və orada “Sən daima yaşa Azərbaycan” adlı mahnımızı oxuyacam” deyə, Sinan bildirib.




