Serj Sarkisyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb- Detallar

29
The 16th regular congress of the Republican Party of Armenia took place at the Sports and Concert Complex after Karen Demirchyan

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

mobilmedia.az-ın xəbərinə görə, bu barədə tert.am öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu gün sabiq prezidentə Milli Təhlükəsizlik Xidmətinə gəlməsi barədə bildiriş göndərilib.

Qeyd edək ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan artıq Milli Təhlükəsizlik Xidmətinə aparılıb.

Xatırladaq ki, bu gün paytaxt İrəvan şəhərinin Azadlıq meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin