Zaqatalada yol qəzası: 1 ölü, 3 yaralı

38

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, noyabrın 10-da saat 18 radələrində Zaqatala rayonunun Suvagil kəndi ərazisində kənd sakini Samir Turacov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü ölüb, 3 sərnişinin vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin