Bakıda yol qəzası: 2 yaralı

34

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1990-cı il təvəllüdlü Abbasova Sevda İmamverdi qızı və 1984-cü il təvəllüdlü Abbasova Gülnar Vaqif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin