Azərbaycan sentyabr ayında 700 milyon dollarlıq məhsul ixrac edib

23

2020-ci ilin sentyabr ayında Azərbaycanın ümumi ixrac dəyəri 700 milyon ABŞ dolları həcmində olub.

mobilmedia.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili Mərkəzi məlumat verib.

Belə ki, qeyri-neft sektorunun ixracda həcmi 129,3 milyon ABŞ dolları olub. Bu ilin sentyabr ayında qeyri-neft sektoru məhsullarının ixracda həcmi 18,5 faiz təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz daha çoxdur.

Qeyri-neft sektorunda yeyinti məhsullarının payı 30,5 faizdir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu 3,9 faiz çoxdur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin