ANAMA-nın işçisi minaya düşdü

38

Noyabrın 2-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun minaxtaranı, 1967-ci il təvəllüdlü Zeynalov Telman Bərbir oğlu Cəbrayıl rayonu ərazisində minatəmizləmə əməliyyatı həyata keçirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə (PMN-Э) minaya düşüb.

mobilmedia.az xəbər verir ki, bu barədə  ANAMA-dan məlumat verilib.

Bildirilir ki, partlayış nəticəsində onun sol ayağı topuq nahiyəsindən amputasiya  olunub. Hazırda, T.Zeynalov Füzuli rayonu Diaqnostika Mərkəzinə yerləşdirilib və vəziyyəti stabil ağırdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin