
Məşhur rok qrupunun solisti Fərman Akgüllə Əməkdar artist Sevda Ələkbərzadə tezlikə yeni layihələrini təqdim edəcək.
mobilmedia.az xəbər verir ki, Azərbaycanın Dağlıq Qarabağ uğrunda apardığı haqq mübarizəsinə dəstək vermək üçün Əməkdar artist Sevda Ələkbərzadə Fərman Akgüllə “Ulu vətən” mahnısını duet şəklində ifa etməyə qərar verib. Müğənnilər artıq vətənpərvərlik mövzusunda olan mahnıya klip də çəkdirib.
Fərman Akgül siyasətçi olmadığını, dərdini ən yaxşı formada musiqi dili ilə ifadə etdiyini qeyd edib:
“Burada haqq mübarizəsindən söhbət gedir. Dünya bunu anlamalıdır. Təəssüf ki, dünyanın mövcud vəziyyəti gördüyünü və doğru şərh etdiyini düşünmürəm. Azərbaycanda böyük fanat auditoriyamız və yaxın dostlarım var. Odur ki, olanları başqa duyğularla təqib edirik. Azərbaycan və Türkiyənin qardaş olduğunu indiki məqamda sənət dili ilə göstərə bildiyimizə inanıram”. (Publika.az)




