“Bu insanlar Vətən çağıranda könüllü bir əsgərə çevrilməyi də bacarırlar”

32

Ölkəmizdə sərt karantin tətbiq olunduğu zaman “facebook” sosial şəbəkəsində maraqlı bir səhifə yarandı.

İlk olaraq, səhifənin adı “Evdar Kişilər Klubu” idi. Koronavirus pandemiyası zamanı iş yerlərinin bağlanması ilə əlaqədar olaraq, bu klubun üzvləri evlərində gördükləri ev işlərinin şəkillərini çəkərək həmin səhifədə paylaşırdılar. Bişirdikləri yemək şəkillərini paylaşanlar kim, ev təmizliyi işlərini görən zaman çəkilmiş şəkilləri paylaşanlar kim, körpələrinin paltarlarını dəyişənlərdən tutmuş evdarlığa aid olan bütün şəkillərə qədər həmin klubun üzvləri o səhifədə paylaşırdılar. O səhifə vasitəsilə çox insanlar dostluq əlaqələrini genişləndirdilər. Hətta karantin zamanı klubun üzvləri imkansız klub üzvlərini araşdırıb, daha sonra yığışaraq onlara maddi olaraq öz dəstəklərini də göstərirdilər. Vətən müharibəsi başlayandan sonra klubun adını dəyişərək “Evdar Kişilər Klubu” deyil, “Kişilər Klubu” etdilər.

Onu da qeyd edim ki, “Kişilər Klubu”nun hazırda 53000-ə yaxın üzvü var. “Kişilər Klubu”nda tanınmış simalardan tutmuş hər kateqoriyadan olan insanlar var. Onlar bu səhifənin daimi izləyiciləri olmaqla bərabər həmçinin maraqlı paylaşımları ilə də bu səhifəni digər səhifələrdən fərqləndirməyi bacarırlar. Bəli, vətən oğulları evdə oturmaq gərəkdiyində evdə evdar kişiyə, vətən çağırdığı zaman isə əlinə silah alaraq könüllü bir əsgərə çevrilməyi bacarırlar. Hər gün davamlı olaraq”Kişilər Klubu” qrupunu izlədikdə onların necə də sevinə-sevinə döyüşlərə qatıldığının şahidi olmaq olur. Klub üzvlərindən müharibəyə gedənlərin belə hər kəsdən necə ürəklə halallıq alaraq döyüşə getdiyinin şahidi oluruq.

Üzvlər “O müqəddəs zəng mənə də gəldi”, “Vətən çağırır”, “Haqqınızı halal edin”, “Mən də gedirəm” və sair bu tip statuslar paylaşaraq klub üzvlərindən halallıq alaraq döyüşlərə yollanırlar. Bu, çox qürurvericidir. Çünki vətən oğulları vətənin yolunda canından, qanından keçmək ücün günlərlə onlara gələcək çağırış zənglərini gözləyirlər. Bəli, biz güclüyük, biz haqlıyıq. Çünki biz müqəddəs Qarabağımız uğrunda Ali Baş Komandanımız, Prezident İlham Əliyevin komandanlığı ilə haqq savaşımızı aparırıq. Bu haqq savaşında klub üzvlərindən döyüşlərdə şəhid olanlarda var, qazi olanlarda… Döyüşlərdə şəhid olmuş klub üzvlərinə Allahdan rəhmət, hazırda döyüşənlərə qüvvət, qazilərimizə isə Allahdan can sağlığı arzu edirəm. İnşallah qələbə günümüz cox yaxındadır.

mobilmedia.az saytının baş redaktoru Elnur Fərzəliyev

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin