Monqolustan “Formula-1” pilotundan üzr tələb etdi

30

“Mongol Identity” təşkilatı “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappeni kəskin tənqid edib.

mobilmedia.az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

Portuqaliya Qran-prisinə hazırlıq zamanı idmançı “Racing Point” komandasının kanadalı pilotu Lens Strolla toqquşub. Bu zaman M.Ferstappen onu “monqol” adlandırıb və bu ifadəyə təhqiramiz çalar verib.

“Mongol Identity” təşkilatı “monqol” ifadəsinin təhqiramiz nitqdə səsləndirilməsindən qəzəbini ifadə edib. “Formula-1”in məsələyə qarşı sərt çıxış etməməsinin məyusluq doğurduğu vurğulanıb.

Həmçinin “Mongol Identity” M.Ferstappendən üzr tələb edib.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin