Azərbaycanlılar Stokholmda səssiz aksiya keçiriblər – Video

30

İsveçdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə Dağlıq Qarabağda baş verən toqquşmalar və Ermənistanın Azərbaycan şəhər və kəndlərinə qarşı edilən hücumları barəsində yerli ictimaiyyəti məlumatlandırmaq üçün Stokholmda səssiz aksiya keçirilib.

Bu barədə mobilmedia.az-a İsveçdəki Azərbaycan diasporu və İsveç Azərbaycan təşkilatının sədri, “Qarabağ” məktəbin rəhbəri, Koordinasiya Şurasının idarə heyəti, ALC Azərbaycan beynəlxalq klubun üzvü Sevda Dadaşova məlumat verib.

Aksiyaya toplaşan həmyerlilərimiz Stokholmun mərkəzindəki Drottningagatan küçəsindən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin qarşısına kimi səssiz yürüşlə keçərək, yerli insanların diqqətini Ermənistan ordusunun Azərbaycanın bir sıra şəhər və rayonlarını raket atəşinə tutması nəticəsində mülki şəxslərin və günahsız körpələrin həlak olmasına cəlb ediblər.

Yürüş iştirakçıları əllərində “Qarabağ Azərbaycandır!”, “Gəncə şəhəri üçün dua et!”, “Erməni terroruna son!” kimi şüarlar yazılan plakatlar qaldırmaqla, baş verənlərə dünya ictimaiyyətinin diqqət yetirməsini tələb edib.


Daha sonra Azərbaycanın İsveç Krallığındakı səfirliyinin qarşısına gələn aksiyaçılar Gəncə hücumunda həlak olanların xatirəsinə güllər və oyuncaqlar düzüblər. Burada diaspora nümayəndələrimiz yerli insanları maraqlandıran sualları cavablandırıblar.

Həmçinin dünən Stockholmda bütün şəhidlərimiz üçün anım mərasimi keçirilib və orada yaşayan azərbaycanlılara şəhidlərimizin ruhuna ehsanlar verilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin