
“Əfqanıstan Azərbaycan-Ermənistan müharibəsində heç bir şəkildə iştirak etmir”.
mobilmedia.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin bugünkü açıqlamasında deyilir.
Nazirliyin bəyanatında bildirilir: “Bu yaxınlarda Ermənistanın Milli Təhlükəsizlik Xidməti guya Əfqanıstandan Azərbaycana muzdlu döyüşçülərin və silah-sursatın bu ölkəyə məxsus “Silk Road” şirkətinin mülki uçuş reysləri ilə daşındığını iddia edib. Əfqanıstan Azərbaycan-Ermənistan müharibəsində heç bir şəkildə iştirak etmir və müharibə qurbanı kimi, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, Azərbaycan-Ermənistan böhranının sülh yolu ilə həll olunmasını vurğulayır”.
Xatırladaq ki, Əfqanıstan Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından Azərbaycanın mövqeyini dəstəkləyib.(strateq.az)




