
“Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.
mobilmedia.az-ın məlumatına görə, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.
Layihə parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.(report)




