Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

27

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Millitirbuna.az-ın xəbərinə görə, rayonun Soltannuxa kənd sakini Allahyar Baxışlı idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili ilə Qəbələ-Ağdaş yolunda hərəkətdə olan zaman Zarağan kəndi ərazisində piyada, 1958-ci il təvəllüdlü Aydınqışlaq kənd sakini Qafarov Şərafəddin Şərif oğlunu vurub. Ş. Qafarov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin