UEFA Avropa çempionatını ləğv edib

30

UEFA 2020-ci ildə keçiriləcək 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı ilə bağlı qərarını verib.

Millitirbuna.az-ın məlumatına görə, final mərhələsi Şimali İrlandiyada keçirilməli olan turnir ləğv edilib.

Buna koronavirus pandemiyası səbəb olub. Hazırki durumu nəzərə alan qurum belə addım atmağa məcbur olub.

Final mərhələsinin 5 ən yaxşı komandası U-20-lərin dünya çempionatına vəsiqə qazanmalı idi. UEFA bu vəsiqələri ən yüksək reytinqlilərə – İngiltərə, Fransa, Niderland, İtaliya və Portuqaliyaya verib. (ApaSport)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin