“Qarabağ”ın İsrailə gedəcəyi vaxt müəyyənləşib

31

Avropa Liqasının qrup mərhələsində Təl-Əviv “Makkabi”si ilə qarşılaşacaq “Qarabağ”ın İsrailə yollanacağı tarix müəyyənləşib.

mobilmedia.az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov qarşılaşmadan bir gün əvvəl komandanı səfərə aparacaq.

Matçın hazırlıqlarını öz bazasında davam etdirən ağdamlılar koronavirus testindən keçdikdən sonra oktyabrın 21-də İsrailə gedəcək. Günorta saatlarında Təl-Əvivdə olması gözlənilən komanda həmin gün axşam son məşqinə çıxacaq.

Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdə keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin