Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 1,8% artıb

30

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 671 mln. manat təşkil edib.

mobilmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,9%-ni təşkil edib.

Bu ilin doqquz ayında informasiya və rabitə müəssisələri tərəfindən 1 602,3 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 73,6%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 2,7% artıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin