Yevlaxda avtomobil aşıb: 1 ölü

40

Yevlaxda baş verən avtoqəzada bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, oktyabrın 7-də saat 23 radələrində rayon ərazisində Z.Hüseynov idarə etdiyi “Niva-Chevrolet” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişini Məhəmməd Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin