Ərdoğan: “Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək”

33

“Qardaş Azərbaycan həm torpaqlarını müdafiə etmək, həm də işğal altındakı torpaqlarını azad etmək üçün böyük bir hərəkata başlayıb”.

mobilmedia.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada xəstəxananın açılış mərasimində deyib.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatı ilə bir çox ərazilər işğaldan azad olunub.

“Bütün imkanlarımızla, qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq. İnşallah, Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək”, – deyə Ərdoğan qeyd edib.(modern.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin