Dərs ili başlayandan 144 şagirddə koronavirus aşkarlanıb

32

Ötən gün ölkə üzrə 13 şagird, 7 məktəb heyəti koronavirusa yoluxub. Quba rayonunda 2 sinif lokal olaraq bağlanıb.

mobilmedia.az xəbər verir ki, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev hazırda koronavirusa yoluxan bütün məktəblilərin vəziyyətinin stabil olduğunu bildirib.

Onun sözlərinə görə, şagirdlər virusa məktəb daxilində deyil, daha çox kənar yerlərdə yoluxurlar.

Yoluxma səbəbindən lokal olaraq bağlanan siniflərə gəlincə, qurum rəsmisi hazırda bunların sayının 9-a çatdığını deyib.

Qeyd edək ki, yeni tədris ili başlayandan bu günə qədər 144 şagird, 49 məktəb heyətində koronavirus aşkarlanıb.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin