
Qızılın qiyməti 2020-ci ilin 4-cü rübündə rekordunu yeniləyə bilər.
mobilmedia.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Citigroup şirkətinin hesabatında öz əksini tapıb.
Hesabatda qızılın bahalaşmasının bir neçə səbəbi göstərilib.
Qeyd edilib ki, ABŞ-da faizlərin aşağı olması, o cümlədən bir neçə il ərzində faiz artımı olmayacağı ehtimalı da qızılı bahalaşdırır.
Ehtimal olunur ki, qızılın qiymətləri 2021-ci ildə 2275 dollar olacağı gözlənilir. Bu hesabatda da qeyd olunub.
Qeyd edək ki, hazırda qlobal bazarlarda qızılın unsiyası 1888 dollardan ticarət olunur.(abc)




