
Kommunal strukturlar Bakı sakinlərinə xəbərdarlıq edib.
mobilmedia.az xəbər verir ki, məlumatda insanlara sabah, aprelin 18-də küçəyə çıxmamaq tövsiyyə olunub.
Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.



