Xaçmazda kürəkən qayınana və qayınatasını güllələdi

29

Xaçmaz rayonununda qətl hadisəsi baş verib.

mobilmedia.az-ın verdiyi məlumata görə, rayonun Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasına atəş açıb.

1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə  yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili tibbi  yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin